Sosial
Yataqxanalarla bağlı “Ağ şəhər layihəsi”: Bu, problemi həll edə bilərmi?
“Bakıda yerləşən yataqxanalar acınacaqlı vəziyyətdədir, onların heç biri standartlara cavab vermir”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib.
O bildirib ki, belə yataqxanalardan tələbələr təyinatı üzrə istifadə edə bilmir:
“Eyni zamanda, 30 il ərzində məcbiri köçkünlər tələbə yataqxanalarının əksəriyyətində yerləşdiriliblər. Həmin yataqxanalarda vəziyyət daha da ağırdır. Bu yataqxanalar hər hansı dövlət qurumunun balansında deyil. Vaxtı ilə onlar hansısa müəssisənin, dövlət qurumunun balansında olub. Sonra zavod və fabriklərin özəlləşməsi prosesi başlayanda onların yataqxanaları dövlət binalarının balansından çıxıb”.
Elnur Əsədov tələbə yataqxanalarının aidiyyatı üzrə təhsil müəssisəsinin balansında olduğunu vurğulayıb:
“Həmin yataqxanalar boşaldılmalıdır və yeni şəhərsalma normativlərinə uyğun bərpa olunub, təyinatı üzrə tələbələrin ixtiyarına verilməlidir. Bizdə bir Ağ şəhər layihəsi var. Düşünürəm ki, dövlət yataqxanaları ilə bağlı “Ağ şəhər layihəsi” işlənilməlidir. Bütün bunlar dövlətin nəzarəti altında həyata keçirilməlidir”.