Cəmiyyət

Su ehtiyatlarında ciddi azalma müşahidə edilir

“Bütün dünyada olduğu kimi, Azəbaycanda da şirin su ehtiyatlarında ciddi azalma müşahidə olunur”.

Jamaz.info xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə danışıb.

O qeyd edib ki, sudan səmərəli və qənaətlə istifadə edilməsi üçün bu ilin fevral ayından etibarən qənaət rejiminə keçilib: “Ötən dövrdə sudan qanunsuz istifadə ilə bağlı bəzi neqativ hallara rast gəlinib. Məsələn, “Azərsu” abonenti olan bəzi şəxslər sayğacdankənar su xəttindən istifadə edirlər. Bəzi şəxslər isə qurum abonenti deyil, heç bir sayğacı yoxdur, amma qanunsuz şəkildə su ehtiyatlarından istifadə edir.

İcra hakimiyyətlərində bununla əlaqədar xüsusi komissiyalar yaradılıb. Abşeron rayonunda bu komissiyaların iştirakı ilə keçirilən görüş zamanı məlum oldu ki, burada böyük həcmdə su istifadə edilib. Tərəfimizdən qanunsuz su xətti ləğv edilib. Amma səhəri gün aydın oldu ki, su xətti yenidən çəkilib. Buna yol verən isə ərazidəki obyekt sahibləri olub. Onlar parkların və digər ərazilərin suvarılması üçün ayrılan sudan qanunsuz istifadə edir, bunun müqabilində isə heç bir ödəniş etmirlər. Onlar özlərinə məxsus xüsusi çənləri belə doldurublar. 2020-ci ildən bəri görülən tədbirlərə baxmayaraq, təssüflər olsun ki, sudan qanunsuz istifadə halları hələ də mövcuddur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button