Siyasət

Paşinyandan Bakıya təklif: “Oktyabrın 31-də Brüsseldə görüşək”

Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya üzrə komissiyaların görüşünü keçirməyi təklif edib. Modern.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan “Tvitter” hesabında yazıb.
O bildirib ki, müvafiq məsələ oktyabrın 2-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Cenevrədə keçirilən görüşündə müzakirə olunub. “Eyni zamanda, Ermənistan tərəfi sərhədin delimitasiyası üzrə komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi noyabrda deyil, oktyabrda keçirilməsini təklif edib”.
Komissiyalara Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayev rəhbərlik edir.
Qriqoryan və Mustafayev arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya formatında ilk görüş Brüsseldə iki ölkə başçıları arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, mayın 24-də Ermənistan və Azərbaycan sərhədində baş tutub.
İkinci görüş avqustun 30-da Moskvada Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə keçirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button