Cəmiyyət

Beyləqanda qohum qohumu daşla vurub öldürdü

Beyləqan rayon sakini 1994-cü il təvəllüdlü Rahib Abbaslı aldığı xəsarətdən xəstəxanada ölüb. JAMAZ.İNFO xəbər verir ki, bu barərə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, hadisə oktyabrın 16-ı saat 23 radələrində baş verib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun həmin gün saat 16 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button