ManşetÖlkə içi

Tıxacda qalan nazirlərin kimliyi bilindi: Heydərov, Babayev və Cabbarov

Son 10 gündə Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində yaşanan tıxac problemi ilə bağlı iki dəfə işçi müşavirənin keçirilməsinin səbəbləri barədə qeyri-rəsmi informasiya yayılıb. Modern.az xəbər verir ki, yayılan informasiyaya görə, Əli Əsədovun oktyabrın 3 və 14 tarixlərində tıxac probleminə dair müşavirə keçirməsinin səbəblərindən biri də bəzi nazirlərin bu problemlə üzləşməsidir.

Bildirilir ki, nazirlər də xidməti maşınları ilə bir neçə dəfə tıxaca düşüblər, hətta bu səbəbdən iclaslara gecikənlər barədə məlumatlar da var.

Sadə vətəndaşlarla bərabər tıxac problemi yaşayan nazirlərin kimlər olduğuna gəlincə, qeyri-rəsmi məlumatlarda bu gizli saxlanılıb.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, tıxaca düşmüş nazirlərdən biri FHN rəhbəri Kəmaləddin Heydərov olub. Onun şəhərin əsas küçələrindən birində xidməti maşınla bir saata yaxın tıxacda qaldığı bildirilir.

Digər nazir isə əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev olub. Elə baş nazir Əli Əsədova bununla bağlı şikayət edən dövlət məmurunun da Babayev olduğu, məhz onun müraciətindən sonra belə bir qərarın verilməsinə səbəb olub.

Mənbəmiz onu da bildirir ki, tıxaca düşən nazirlərdən biri də iqtisadiyyat naziri Mikayıl Cabbarov olub. Sözgüedən nazirin şəhərin hansı istiqamətində tıxacda qaldığı barədə məlumat yoxdur. Lakin onun bu barədə Əli Əsədovun yanında keçirilən müşavirədə açıqlama verdiyi deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button