ManşetSosial

Ucar “DOST” Mərkəzində nələr baş verir? – Vətəndaş şikayəti

Ucar rayonu, Ü.Hacıbəyov küçəsi ev 13 də yaşayan Səlimov Elsevər Ağası oğlu JAMAZ.İNFO-nun redaksiyasına şikayət əraizəsi ilə müraciət edib. Vətəndaş rayondakı “DOST” İş Mərkəzində baş verən özbaşınalıqlardan və Ucarın icra başçısı Mənsur Məmmədovdan şikayətçidir. O hesab edir ki, Ucarda baş verənlərin ciddi şəkildə araşdırılmasına ehtiyac var.

Elsəvər Səlimov yazır ki, yaşadığı rayonda icra başçısı Mənsur Məmmədov öz yaxın adamlarını və imkanlı adamları “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına işə qəbul olunmasına şərait yaradıb. O qeyd edir ki, özü hazırda “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında hər gün işə çıxmaqla, təmizlik işlərinə cəlb olunaraq, işləyir. “Ancaq «DOST» İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adı işdə gedib heç vaxt işə gəlməyən çoxlu sayda insana gözün üstə-qaşın var deyən yoxdur. Hansı ki, həmin şəxslərin çoxunun yaşı 65 dən yuxarıdır. Qocalığa görə pensiya alırlar. Həm də eyni vaxtda «DOST» İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adları işdə gedir və maaş alırlar. Həmin qoca adamlar və digər aylıq haqq verən şəxslər bir gündə olsun işə gəlmirlər. Bəzilərinin isə yaxın qohumları Ucar rayon Kommunal Müəssisələri Kombinatında mühasib, mühəndis və birqadir işləyir deyə onlara göz yumulur. Bunu isə onlar Ucar rayon Kommunal Müəssisələri Kombinatının müdiri və birqadirləri ilə əvvəlcədən danışdıqları kimi aylıq pul verib, edirlər”.

Şikayətçi iddia edir ki, yığlan pulların böyük hissəsi icra başçısı Mənsur Məmmədova çatır. “İcra başçısı bu işlərə şəxsən nəzarət edir. Həttda Mənsur Məmmədov işçilərin davamiyyətinə nəzarət edən “DOST” İş Mərkəzinin Bakıdakı rəhbərliyini də ələ alaraq, onları da saxtakarlığa şirnikləndirib. Belə ki, işçilərin işə gəlib-gəlməmələrini yoxlamağa Bakı şəhərindən “DOST” İş Mərkəzindən nəzarət etmək üçün gələn yoxlamalara pul verilir deyə, onlar “Komxoz” rəhbərliyinin verdiyi siyahı üzrə hərəkət edirlər. Həmin siyahıda adları qeyd edilən şəxslər işdə olmasalar da, onları işə gələn kimi qeydə alırlar. Həmçinin heç vaxt işə gəlməyən şəxslər yoxlama gələn zaman bir iki saatlıq peyda olub, çıxıb gedirlər”.

Elsəvər Səlimov baş verən özbaşınalıqlarla bağlı «DOST» İş Mərkəzinin direktoru Firuddin Cəbrayılova şikayət ərizəsi ilə müraciət etsə də, heç bir araşdırma aparılmayıb. “Onlar mənimlə telefonla danışmaqla işlərini bitmiş hesab etdilər”.

Şikayətçi redaksiyamıza göndərdiyi məktubda adı işdə olub, özü isə işə çıxmayanların siyahısını da göndərib. Onun iddiasına görə, sözügedən şəxslərin adı işdə getsə də, özləri işə çıxmır, amma maaşlarını da vaxtında alırlar.

1.Cəfərova Ləman Soltan qızı. Atası Soltan Xəlilov “Komxoz”da birqadir işləyir.

2.İsrayılova İradə Əvəz qızı. 68 yaşı var. Bbir gündə olsun işə gəlməyib hər ay maaş və pensiya alır.

3.İradə İsrayılovanın həyat yoldaşı Ələkbərov Şahlar Xəlil oğlu. 68 yaşı var.

4.İbrahimov Kamran Rüstəm oğlu. Bahalı avtomobili var. İmkanlı adam hesab edilir.

5.Məmmədova Sevinc Əlikram qızı və onun bacısı Səbinə Əlikram qızı hər ikisi Xırdalan şəhərində yaşayırlar, ancaq hər ay maaş alırlar.

6.Abdullayev Fəqan Rza oğlu. “Komxoz”un mühasibi Xatirə Abdullayevanın qardaşıdır. Həmçinin Fəqanın həyat yoldaşı Könül Əflatun qızı Abdullayeva da adı işdə gedir, amma özü gəlmir.

7.Abdurəhimova Xəyalə Fəti qızı. Ucar şəhərindən 30 km uzaqda yerləşən Bərgüşad kəndində yaşayır.

8.Xəyalənin iki qardaşı Musayev Cavid və Musayev Sehran Fəti oğlu taxsi sürürlər.

  1. Babaşov Azər Məhəmməd oğlu. 18 km aralıda yerləşən Lək kəndində yaşayır.
  2. Əsgərov Əlibala Cəlil oğlu.
  3. İslamova Səbirə Mirzə qızı.
  4. İsmayılzadə Fərda Mübariz oğlu. “Komxoz”un mühasibi Kəmalənin qardaşı oğludur.
  5. Abdullayeva Ruhsarə Əhməd qızı. 14 km aralıda yerləşən Qazıqumlaq kəndində yaşayır.
  6. Həsənov Bəxtiyar Əsgər oğlu. Lək kəndində yaşayır.
  7. İsmayılov Vüsal Akif oğlu.

16.Mehdiyev Telman Cəmil oğlu. Lək kəndində yaşayır.

  1. Məmmədov Mehman Əhməd oğlu.
  2. Məmmədova Afət Rafiq qızı.
  3. Piriyeva Səidə İbrahim qızı.
  4. Mövsümov Mitəza Mirhəşim oğlu.
  5. Qədirov Abdulbağı Rəşid oğlu.
  6. Rəhimova Nübar İsa qızı.
  7. Rzayev Məhəmməd Ramazan oğlu.
  8. Sadıqov İlqar Ramiz oğlu.
  9. Şakirli İbrahim İlqar oğlu.
  10. Vahidov Zaur Məhəmmədəli oğlu.
  11. Məmmədbəyli İbrahimbəy Umud oğlu. Hazırda Bakıda yaşayır.
  12. Hüseynov Arif Mehdi oğlu. Yaxın qohumu vəzifədə işləyir.
  13. İmanova Gülayət Ağakərim qızı.

Ucar sakini müraciətində qeyd edir ki, Ucar Kommunal Müəssisələri Kombinatının müdiri Asəm Kərimov icra başçısı Mənsur Məmmədovla yola getmədiyinə görə, işdən çıxarılıb. “”Aralarındakı mübahisə isə aylıq haqqa görə yaranmışdı. Çünki Asəm Kərimov aylığı çatdırmırdı. Onun hazırda vəzifəsinin icrasını Mənsur Məmmədov öz qohumu Nazim Abbasov həyata keçirir”.

Elsəvər Səlimov bildirir ki, təmizlik işlərinə baxmaq üçün 400 nəfərdən çox işçisi olan Ucar rayonu zibillik içində qərq olub. Onun iddiasına görə, təkcə MKK-də işləyənlərin deyil, həmçinin rayondakı bir çox idarə və müəssisələrdə adı işdə gedən, lakin özü işə çıxmayanların maaş kartları icra başçısında olur. “Həmin idarələr Yaşıllıq, Yol İstismarı İdarəsi, Dövlət Aqrar İnkişaf Mərkəzi, Kənd icra nümayəndəlikləri, Mənzil İstismarı İdarəsi və sairədir”.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button