Ölkə içi

Azərbaycan Prezidenti Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılacaq – Peskov

Bu gün ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak edəcək.

Jamaz.info TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

“Bundan əlavə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon da videobağlantı vasitəsilə qoşulacaqlar”.

Xatırladaq ki, Ali Avrasiya İqtisadi Şurası İqtisadi Birliyə üzv dövlətlərin başçılarının daxil olduğu Avrasiya İqtisadi İttifaqının ali orqanıdır. Aİİ üzvləri Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistandır.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button