Cəmiyyət

Ömürlük məhbus Elçin Əmiraslanovun səhhəti kritikdir

Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvü Elçin Əmiraslanovun səhhəti ilə bağlı aidiyyatı qurumlara müraciət olunacaq.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, Elçin Əmiraslanovun azadlığa çıxması üçün dəfələrlə Əfv Komissiyasına müraciət olunub:
“Onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, vəkil Elçin Sadıqov ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanovun səhhətinini kritik olması ilə bağlı məlumat yayıb. Vəkil bildirib ki, Elçin Əmiraslanov müharibə dövrü və həbs həyatı zamanı aldığı xəsarətlərlə bağlı əlildir: “Lakin özünün və ailə üzvlərinin müraciətlərinə baxmayaraq, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparmırlar, kəskin ağırlardan əzab çəkir. Onun müalicəsiz saxlanıldığı hər gün işgəncəyə bərabərdir”.
Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvü Elçin Əmiraslanov 1996-cı ildə Ali Məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. O, 1995-ci ilin martında baş vermiş “OMON hadisələri”nə görə həbs edilərək, dövlət çevrilişinə cəhddə və digər ağır cinayətlərdə təqsirləndirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button