“Bu gün Ermənistan sərhədləri yaxınlığında baş verənlər bölgənin çox təhlükəli hərbi-diplomatik gərginliyə doğru getdiyini açıq şəkildə nümayiş etdirir”. JAMAZ.İNFO xəbər verir ki, bunu keçmiş deputat, Çiçəklənən Ermənistan Partiyasının üzvü Arman Abovyan deyib.
Onun sözlərinə görə, Rusiya, İran, Türkiyə, Azərbaycan, ABŞ, Avropa, Çin, İsrail, böyük regional oyunçular olaraq, xarici cəbhədə Ermənistan üçün qaçılmaz olan yeni ciddi zərbələrlə dolu olan” fürsətlər örtüyü” yaradırlar. “Ermənistanda dərinləşən daxili siyasi böhran nəzərə alınarsa, mənzərə hər cəhətdən daha təhlükəli görünür. Bu halda, Ermənistan hakimiyyət orqanlarının “qlobal sülhü” gündəmə gətirməsi, əslində məğlubiyyət, Türkiyə-Azərbaycan anti-erməni vektoru ilə barışıq siyasətidir. Bu bir növ dövlətin intiharıdır”.
Abovyan hesab edir ki, istəsələr də, istəməsələr də, “sülh”lə bağlı atılan addımlar yalançı gündəmi formalaşdırır və Ermənistanı yeni itkilər və dəhşətli fəlakətlərin astanasına yaxınlaşdırır. “Əgər iradəmiz, reallıqla üzləşmə cəsarətimiz olmasa, türkpərəstlərin güllü xəyalları yaşamağı dayandırmasaq, ölkə qaçılmaz olaraq özünü məhv etməyə gedəcək”.