GündəmManşet

Stanislav Tarasov: “Qarabağa hansısa xüsusi status veriləcək”

“Əgər Azərbaycanın davranışları dəyişməzsə, o zaman rus sülhməramlıları Qarabağda həmişəlik qalacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu rus ekspert Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, hazırda Qarabağdakı ermənilərin yeganə qarantı rus sülhməramlılarıdır. “Bir tərəfdən Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir. Əliyev Paşinyanla görüşə hazır olduğunu deyir. Digər tərəfdən, Azərbaycan Prezidenti konfrantasiyalı ritorikasından xilas ola bilmir və güc aspektindən çıxış edir. Bu yanaşma, belə siyasi davranışla Qarabağdakı erməniləri Azərbaycana inteqrasiya etmək mümkün olmayacaq”.

Tarasov sual edir ki, Azərbaycan Qarabağ ermənilərini özünə inteqrasiya edə bilərmi? “ATƏT-in Minsk Qrupunun aktivləşdiyi diqqəti çəkir. Gedişat onu göstərirç ki, Azərbaycanın hazırda nəzarət etmədiyi ərazilərə hansısa xüsusi status veriləcək. Hələlik hansı səviyyəli status veriləcəyi barədə indidən danışmaq çətindir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button