Dünya

Saakaşvili Gürcüstana qayıtdı

Gürcüstanın sabiq prezidenti ölkəyə qayıtdığını bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, Mixail Saakaşvili bununla bağlı video yayıb.

O bildirib ki, hazırda Gürcüstan ərazisindədir. Lakin konkret olaraq harada olduğu barədə heç nə deməyib. “Sabahın xeyir, Gürcüstan! 8 ildən sonra ilk dəfə Gürcüstandayam” sözlərindən ibarət paylaşım edib.

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Saakaşvili bir neçə gün əvvəl Gürcüstana qayıdacağını bəyan etmişdi. Rəsmi Tbilisi isə o, gələrsə, dərhal həbs olunacağını bildirmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button