GündəmManşet

Azərbaycan Çakaten-Gorus yolunda gömrük-nəzarət məntəqəsi qurdu

Bu gün gecə saat 00:00-dan etibarən Azərbaycan tərəfi Çakaten-Gorus yolu üzərində nəzarət-buraxılış məntəqəsi qurub. JAMAZ.İNFO xəbər verir ki, həmin məntəqə həmçinin gömrük-buraxılış məntəqəsi kimi fəaliyyət göstərəcək.

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildiriblər ki, Azərbaycan tərəfinin addımlarına adekvat olaraq, onlar da üzbəüz mövqelərdə gömrük və nəzarət buraxılış məntəqələri quracaqlar. Bundan başqa, erməni tərəfi onu da qeyd edib ki, ilin sonuna qədər Çakaten kəndinin sakinlərinin Gorusa maneəsiz çıxmaları üçün ilin sonuna qədər alternativ yolu hazır edəcəklər.

Qeyd edək ki, Azərbaycan Çakaten kəndinin girişində gömrük postu qurduqdan sonra bölgədəki bir neçə kəndin sakinləri Gorus və Qafana getmək üçün böyük bir məsafə qət etməli olacaqlar. Belə ki, onlar Mehridən dolaşaraq, sözügedən şəhərlərə çıxış əldə edə biləcəklər ki, bu da əlavə 100 km məsafə deməkdir. Üstəlik, hal hazırda həmin kəndlərin Tatev-Ağvan yoluna çıxması üçün də heç bir yolları yoxdur. Mövcud olanlar da torpaq olduğundan, qış aylarında keçilməzə çevrilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button