![](https://jamaz.info/wp-content/uploads/2022/11/634d141de657d634d141de657e1665995805634d141de657b634d141de657c-780x470.jpeg)
İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 6 dollara qədər artıb.
Jamaz.info xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,9 ABŞ dolları, yaxud 6,93 % artaraq 91,09 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.