Ölkə içi

Sünikin daha bir kəndi boşalır: “Xnatsaxda durum vahiməlidir”

“13 sentyabr hərbi əməliyyatları kəndlərimizə çox ziyan vurdu. 2 aydan çox vaxt keçsə də, problemləri aradan qaldıra bilmirik”. JAMAZ.İNFO xəbər verir ki, bunu Sünikin Xnatsax kəndinin icra nümayəndəsi Seyran Mirzoyan söyləyib.

O deyib ki, kəndi tərk edənlər var. “Getmək niyyətində olan ailələr az deyil. Deməzdim ki, kənd yarı boş qalmaq təhlükəsi ilə üz-üzədir, amma 10-15 ailə tərk etmək qərarına gəlib”.

Mirzoyan bildirib ki, kənddə 153 ailə yaşayırdı, hazırda isə onların sayı 148-ə düşüb. “Llakin getmək niyyətində olanların sayı az deyil. Ona görə də, gələcəkdə kəndin aqibətinin necə olacağını deməyə çətinlik çəkirəm. İnsanlar təkcə təhlükəsizliyə görə yox, həm də sosial problemlərə görə tərk edirlər”.

O bildirib ki, son 5 gündə kəndi iki ailə tərk edib. “İnsanlar qəbirləri qoyub gedirlər. Belə davam etsə, bir ildən sonra kənddə hansı vəziyyətin olacağını təsəvvür etməyə qorxuram. Bacardığım qədər köməklik edirəm, deyirəm, müraciət edirəm, bunu edəcəm, bunu edəcəm, ehtiyacı olanlara kömək edirik, amma bu, artıq kömək etmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button