ManşetÖlkə içi

Separatçıbaşı komandasını istefaya göndərdi: Arayik Vardanyanın qarşısında geri çəkilir

Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan bu gün “komanda”sını istefaya göndərib. JAMAZ.İNFO xəbər verir ki, baş separatçı imzaladığı “fərman”da özünün yaxınlarını da işdən çıxarıb.

Belə ki, Mikayel Hayriyan “səhiyyə naziri” vəzifəsindən azad edilib. Onu “müavin”i Artur Ohancanyan müvəqqəti əvəz edib. Norayr Musayelyan da “kənd təsərrüfatı naziri” vəzifəsindən çıxarılıb. Səlahiyyətləri isə müvəqqəti olaraq “birinci müavin”i Tiqran Arstamyana həvalə edilib.

“Təhsil, elm, mədəniyyət və idman naziri” Anahit Akopyan (onu Hasmik Minasyan əvəz edib), “sosial inkişaf və miqrasiya naziri” Armine Petrosyan (Vahram Arakelyan əvəz edib), “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan (Vardan Beqlaryan əvəz edib), “ədliyyə naziri” Jirayr Mirzoyan,  “xarici işlər naziri” Davit Babayan, “şəhərsalma naziri” Aram Sarkisyan və “maliyyə və iqtisadiyyat naziri” Vahram Bağdasaryan da işdən çıxarılıb.

Erməni mediasının yazdığına görə, Arayik Harutyunyanın belə bir addım atması yeni “dövlət naziri” təyin edilmiş Rruben Vardanyanın tələbi ilə bağlıdır. Belə ki, Vardanyan Arayikin komandası ilə işləmək istəmədiyini və özünə komanda qurmağa hazırlaşdığını bildirib. Əvvəlcə tərəflər arasında narazılıq yaransa da, sonradan münasibətlər düzəlib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button