Dünya

İranlıların terror hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq

Federal Təhqiqatlar Bürosu Almaniyaya evdə hazırlanmış kimyəvi bombadan istifadə edərək terror aktı hazırlamaq təhlükəsi barədə xəbərdarlıq edib.

Jamaz.info xəbər verir ki, bu barədə “Bild” yazıb.

Nəşrin məlumatına görə, Büro Almaniyadan olan həmkarlarına bildirib ki, şübhəli 32 yaşlı İran vətəndaşı onlayn rejimdə kimyəvi silah sayılan sianid və risinlə maraqlanıb. İlkin məlumata görə, hücumun Yeni il ərəfəsində həyata keçirilməsi planlaşdırılıb.

Xüsusi qoruyucu geyimdə olan xüsusi xidmət orqanları bir nəfər iranlı kişini və onun qardaşını saxlayıb. Ətraflı araşdırma üçün mənzildən göy rəngli qablarda olan maddələr götürülüb. Daha sonra Almaniya Baş Prokurorluğu heç bir zəhərli maddənin aşkar edilmədiyini bildirib.

Həmin şəxslər Şimali Reyn-Vestfaliya federal əyalətinin Kastrop-Rauxel şəhərində saxlanılıblar.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button