Dünya

57 Çin döyüş təyyarəsi hərəkətə keçdi

Ötən sutka ərzində Çin Xalq Azadlıq Ordusunun 57 təyyarəsi və 4 gəmisi Tayvana yaxınlaşıb.

Jamaz.info xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“Yanvarın 8-i səhər saat 6:00-dan yanvarın 9-u səhər saat 6:00-a qədər Çin Xalq Azadlıq Ordusunun 57 təyyarəsi və dörd gəmisi Tayvan ətrafında müşahidə edilib”, – nazirlik bildirib.

Adanın hava hücumundan müdafiə identifikasiya zonasına 28 təyyarə daxildir. Tayvan artıq vəziyyəti izləmək üçün hava və dəniz patrulları göndərib. Adada yerüstü komplekslər yerləşdirilib.

Dekabrın 26-da bildirilib ki, Çin Hərbi Hava Qüvvələri Tayvanın hava hücumundan müdafiə zonasına indiyə qədər ən böyük hücumu həyata keçirib. Çin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı və pilotsuz təyyarələrin də daxil olduğu 71 təyyarədən ibarət aviaqrup adanın hava məkanını zəbt edib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button