Dünya

Ərdoğan bu gün Putinin təklifini müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 9-da hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi qaz qovşağı layihəsini, eləcə də Ankaranın Ukrayna münaqişəsinin həlli üçün diplomatik səylərini müzakirə edəcək.

Jamaz.info xəbər verir ki, yanvarın 9-da Türkiyə liderinin Beştəpədəki iqamətgahında Nazirlər Kabinetinin bu il ilk iclası keçiriləcək.

İclasın əsas müzakirə mövzusu Türkiyənin sosial siyasəti, o cümlədən inflyasiya ilə mübarizə addımları olacaq.

Bundan başqa, iclasda ölkənin xarici siyasəti, enerji təhlükəsizliyi istiqamətinə atılan addımlar və digər məsələlər müzakirə olunacaq.

Toplantıda eləcə də terrorla mübarizə məsələləri, xarici siyasətdə baş verənlər, xüsusilə Ankaranın Ukraynadakı vəziyyətin nizamlanması üçün diplomatik səyləri müzakirə olunacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button