Dünya
İranın daha bir böyük zavodunda yanğın
Dünən gecə İranın Zərənd şəhərindəki ən iri poladəritmə zavodunda yanğın baş verib. JAMAZ.İNFO xəbər verir ki, hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.
Hazırda şəhər yanğından mühafizə xidməti yanğının söndürməyə çalışır. İlkin ehtimallardan biri budur ki, yanğına domna peçində baş vermiş qəza səbəb olub.
Xatırladaq ki, bir neçə gün əvvəl İsfahan Kimya Zavodunda da dəhşətli yanğın hadisəsi qeydə alınmışdı. Bundan başqa, Tehran yaxınlığındakı neftayırma zavodunda da anloji hadisə baş vermişdi.