Cəmiyyət

Ermənilər bir birini təkzib edirlər: “Azərbaycan əsgəri heyvanları qənimət olaraq götürməyib”

Ötən gün Azərbaycan-Ermənistan sərhəddində insident yaşandığı barədə xəbər yayılmışdı. JAMAZ.İNFO xəbər verir ki, Xnaçax kəndinin sakinləri ənənəvi olaraq haray-həşir salmışdılar ki, guya, onlara məxsus 60 baş inək və bir at Azərbaycan Ordusu tərəfindən qənimət kimi götürülüb.

Bundan başqa, həmin kəndin sakinləri onu da iddia etmişdilər ki, guya, Azərbaycan əsgərləri kəndə girib, həmin heyvanları özləri ilə aparıblar. Xnaçax kəndinin sakini Hraqat Mesropyan hətta bununla bağlı rəsmi qurumlara şikayət də yazıbmış.

Lakin Tex kəndinin icması bu gün bəyanat yayaraq, Mesropyanın yalan danışdığını bildiriblər. Belə ki, həmin bəyanatda qeyd olunur ki, Azərbaycan hərbçiləri Tex ərazi vahidliyinə daxil olmayıblar. “Mesropyanın atının və inəklərinin Azərbaycan hərbçiləri tərəfindən kəndə girilərək qənimət kimi aparmaları barədə deyilənlər yalandır. Onun heyvanları Azərbaycan əsgərlərinin dayandığı nöqtəni keçiblər və nəticədə, onları saxlayıblar. Hazırda rus sülhməramlıları heyvanların geri qaytarılması üçün danışıq aparır”.

Qeyd edək ki, ermənilərin hər addımbaşı həyasızlıqları göz deşir. Heyvanlarını özbaşına buraxan Mesropyan kimi sırtıq adamlar, onlar sərhəddi keçdiyi üçün saxlanılmasını şər-şəbədəyə çevirib, Azərbaycan Ordusunun üzərinə çamur atmağa çalışırlar. Öz özlüyündə o rəyi yaratmağa çalışırlar ki, sanki Azərbaycan əsgəri onların kəndlərinə girib və heyvanlarını qənimət kimi aparıb. Əslində, özləri at oğrusu olduqları halda, başqalarını da eyni gözdə görməyə adət ediblər. Və beləcə bir-birlərini təkzib edərək, biabırçı duruma düşürlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button