Sosial

Yoluxma sayı azaldı: Günlük 68 nəfər

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 893 nəfər müalicə olunaraq sağalıb, 4 941 nəfər vəfat edib. 2 881 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 794, bu günə qədər isə ümumilikdə 3 567 745 test icra olunub.
Bu gün koronavirus (COVID-19) əleyhinə 33 084 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 809 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button