Dünya

Ermənistan diplomatik korpusu yeniləyir

Ermənistanın diplomatik korpusunda ciddi kadr dəyişikliyi gözlənilir.

Jamaz.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Baltikyanı ölkələrdəki səfir Hovhannes İgityan geri çağırılacaq. Həmçinin Ermənistanın Danimarka, Norveç, İsveç, Finlandiya, İslandiyadakı səfiri Aleksandr Arzumanyan da dəyişdiriləcək.

Bundan başqa, Ara Markaryan Litvaya diplomatik nümayəndə təyin olunacaq. Ermənistanın Niderland və Lüksemburqdakı səfiri Tiqran Balayan isə Brüsselə göndəriləcək.

Qeyd olunub ki, bunlarla yanaşı, digər dəyişikliklər də gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button