Ölkə içi

Bakıdakı İran bankının fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb.

Jamaz.info xəbər verir ki, “Report” İran Milli Bankının Bakı filialına istinadən məlumat yayıb.

Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bununla yanaşı, “Bank Melli İran-Baku”dan AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button