Dünya

“Bayraktar” Krımda ruslara dərs keçdi: Türk PUA-sı rəqibin elektron sistemləri ilə “oyun oynayıb”

Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatları ötən gün Krım üzərində bir neçə uçuş təşkil edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya telekanalları məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus “Bayraktar” təkcə kəşfiyyat uçuşları etməyib, həm də yeni sistemini sınaqdan keçirib. Belə ki, ruslar PUA-nın Qara dəniz və Krım üzərindən uçuş etməsini bir gün sonra müəyyən edə biliblər. Buna səbəb isə “Bayraktar”ın üzərinə quraşdırılmış yeni elektronik sistem olub. Məlumatda deyilir ki, həmin elektron sistem uçuş həyata keçirilən ərazidə bütün elektron sistemləri, o cümlədən radar sistemləri neytarllaşdırmaq gücündədir.

“Milliyet” qəzeti bununla bağlı yazır ki, Qarabağda rusların müdafiə sistemlərini darmadağın edən “Bayraktar” bu dəfə Krımda onları “yuxuya verib”. Qəzetin yazdığına görə, Ukrayna ordusunun tabeliyində olan türk PUA-ları Krım üzərində bir sıra üçüşlar etsə də, ruslar bundan çox gec xəbər tutublar. Belə ki, “Bayraktar” ruslara məxsus radar sistemlərini tamamilə iflic vəziyyətə gətirib.

Bundan sonra isə Moskva bölgədə bəzi addımlar atmaq məcburiyyətində olduğunu açıqlayıb. Kremldən verilən məlumata görə, Krım üzərindən həyata keçirilən kəşfiyyat uçuşları Ukraynanın müharibə hazırlığı içində olduğuna şübhələr yaradır və bu səbəbdən də ordunun Ukrayna ilə sərhədd ərazilərə yenidən göndərilməsi məsələsi müzakirə oluna bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button