
ABŞ təyyərələri İraq və Suriyadakı İran bazalarını bombaladı
ABŞ ordusuna məxsus F-16 və F-15 döyüş təyyarələri dünən gecə saatlarında İraq və Suriyadakı İrana məxsus hərbi bazaları bombalayıb. JAMAZ.İNFO xəbər verir ki, Ağ Ev bombardman barədə əmri birbaşa ABŞ prezidenti Co Bayden verib.
Belə ki, bir neçə gün əvvəl İraq və Suriyada PUA-lar vasitəsi ilə ABŞ-ın bazalarına hücumlar təşkil olunub. Həmin vaxt itki olmasa da, amerikalı əsgərlərdən yaralananların olduğu deyilirdi. Bunun ardından Vaşinqton bəyan etmişdi ki, həmin PUA-lar İrana məxsusdur və hücumu də Tehran təşkil edir. Üstəlik, bunu cavabsız qoymayacaqlarını vurğulamışdılar.
Dünən gecə ABŞ ordusuna məxsus döyüş təyyarələri “Ketaib Hizbullah” və “Ketaib Sayyid əl-Şühəda” qruplarının yerləşdiyi bazaları bombalayıb. Pentaqon açıqlamasında bəyan edib ki, hücumlar təkrarlanarsa, daha ağır zərbələr endiriləcək.