GündəmManşet

Azərbaycanlılar Xankəndidəki ermənilərə ev üçün nə qədər pul təklif edirlər?  

Bir müddət əvvəl xəbər vermişdik ki, Xankəndidə yaşaya ermənilərə mütəmadi olaraq Azərbaycan və digər ölkələrdən telefon zəngləri edilir. JAMAZ.İNFO xəbər verir ki, həmin zənglər zamanı ermənilərdən öz mənzillərini onlara satmaları istənilib.

Qarabağdakı erməni terrorçularının keçmiş nümayəndəsi Tiqran Abramyan bununla bağlı açıqlamasında deyib ki, bununla bağlı son bir həftədə yüzlərlə zənglər edilib. “Onlar Qarabağ ermənilərindən mənzillərini onlara satmalarını istəyirlər. Deyirlər ki, gec-tez biz oralara gələcəyik. Nə qədər imkan varsa, normal qiymətə evlərinizi satın bizə. Bu Qarabağda yaşayan ermənilərə psixoloji təzyiqdir”.

Bu gün isə Qarabağdakı qondarma “Milli Təhlükəsizlik Xidməti” məlumat yayıb. Məlumatda deyilir ki, ermənilərdən evlərini satın almaq üçün zənglər əsasən Azərbaycan və Türkiyədən edilir. Qondarma qurumun nümayəndələri yerli əhaliyə xəbərdarlıq edib ki, tanımadıqları nömrələrdən gələn zəngləri qəbul etməsinlər. Hətta qəbul etsələr belə bu barədə onlara məlumat versinlər.

Sosial şəbəkələrdə gedən müzakirələr zamanı isə məlum olub ki, Qarabağda yaşayan ermənilərdən ev almaq istəyənlər təkcə, Türkiyə və Azərbaycandan deyil, həmçinin Ukrayna və Rusiyadan da zənglər edirlər. Onlar ermənilərə evlərinin müqabilində normal qiymət tıklif edirlər. Elə Qarabağ erməniləri də eşitdikləri rəqəmdən dolayı sevincək olublar. “Xankəndidə ikiotaqlı mənzillər üçün 35-40 min dollar pul təklif olunur. İndiyə qədər ən maksimal rəqəm 60 min dollar olub. Bu rəqəmlər orada yaşayanlar üçün çox böyükdür. Ona görə də, bir çoxları evlərinin sənədlərini qaydaya salaraq, onu satıb, sonra da Rusiyaya köçmək istəyirlər”.

Bu əsnada, sosial şəbəkələrdən o da məlum olub ki, xəbər yayıldıqdan sonra təkcə, Xankəndidə deyil, Əsgəran, Xocalı və Ağdərədə yaşayan ermənilər də evlərini satmaq üçün hazır olduqlarını deyiblər. Qarabağda faktiki olaraq yaşamağın mümkün olmadığını, şəraitsizlikdən ciddi şəkildə əziyyət çəkdiklərini deyən ermənilər, onlara təklif olunan pulla Rusiyada, hətta Ermənistanda normal biznes qura biləcəklərini dilə gətirirlər.

Həmçinin o da bəlli olub ki, qondarma “MTX”nin əl-ayağa düşməsi də səbəbsiz deyilmiş. Belə ki, onlar ermənilərin evlərini sataraq, Qarabağdan çıxıb gedəcəklərindən əndişəlidirlər. Bunun qarşısını almaq üçün indidən tədbir görməyə çalışırlar.

Qeyd edək ki, Azərbaycan tərəfi Xankəndinə telefon zəngləri ilə bağlı hər hansı bir açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button