
Dünya
ABŞ Suriyaya qarşı sanksiyaları ləğv etdi
ABŞ rəhbərliyi Suriyaya da təsir edən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra ölkəyə yardıma icazə vermək üçün 180 günlük sanksiya istisnası təmin edəcəyini açıqlayıb.
Jamaz.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən edilən açıqlamada, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən Suriya üçün zəlzələ ilə bağlı bütün yardım əməliyyatlarına icazə verən ümumi lisenziyanın verildiyi bildirilib.
ABŞ-ın sanksiya proqramlarının qanuni humanitar yardımı hədəf almadığı və verilən azadlığın ABŞ-ın davam edən zəlzələ böhranında Suriya xalqını dəstəkləmək öhdəliyini əks etdirdiyi bildirilib.