Dünya

Türkiyədə seçkilərin vaxtı dəyişə bilər: 18 iyun

Türkiyədə mayın 14-nə təyin edilmiş prezident seçkilərinin vaxtı dəyişə bilər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Duvar” qəzeti İYİ Partiyanın sədri Meral Akşenerə istinadən istinadən məlumat yayıb.  

Akşener bildirib ki, seçkilərin təxirə salınmasına ölkənin şərqində baş vermiş zəlzələ səbəb ola bilər. O, baş vermiş hadisədən sonra belə bir addımın atılmasını parlamentdən gözləmədiyini desə də, vaxtın dəyişiləcəyini istisna etməyib. “Seçkilərin mayın 14-də keçiriləcəyini düşünmürəm. Amma 18 iyuna təxirə salınacağını gözləyirəm”.

Qəzet onu da ehtimal edir ki, ölkə parlamenti seçkilərin bir il müddətinə təxirə salınmasına qərar verə bilər. “Biz siyasətçilər seçkilərin baş tutması üçün əlimizdən gələni etməliyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button