Cəmiyyət
Müdafiə Nazirliyi erməniləri təkzib etdi
Bu gün Ermənistan Müdafiə Nazirliyi növbəti dezinformasiya yayıb. JAMAZ.İNFO xəbər verir ki, sözügedən qurum bu gün Azərbaycan Ordusunun bölmələrinin guya, erməni mövqelərini atəşə tutması barədə yalan xəbər paylaşıb.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, erməni tərəfinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”.