ManşetSiyasət

Paşinyandan Arayikə iki məsələhət: “Ruslar Qarabağdan çıxacaqlar və Bakı ilə anlaşmaqdan başqa yolunuz yoxdur”

Bir neçə gündür Qarabağ separatçılarının İrəvana səfərlərinin təfərrüatları barədə müxtəlif məlumatar yayılır. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşən Arayik Harutyunyan danışıqların detallarını mediaya açıqlamayıb. Elə buna görə də, müxtəlif fərziyyələr və fikirlər meydana çıxıb.

Qeyd edək ki, erməni mediası müxtəlif mənbələrə istinadlarla çeşidli məlumatlar yayır. “Hraparak” qəzeti isə bununla bağlı bu gün daha bir məlumat dərc edib. Həmin məlumatda deyilir ki, Paşinyanla Harutyunyan arasındakı görüş heç də Qqarabağ separatçılarının ürəyincə olmayıb. Çünki onlara bir xeyli yalan vəd verməklə yanaşı, həm də Ermənistandan ümid gözləməmələri deyilib.

Qəzet yazır ki, Xankəndiyə dönən separatçıbaşı dərhal oradakı adamları ilə görüşlərə başlayıb. Həmin görüşlərdən birində Harutyunyan deyib ki, İrəvandan ona Ermənistandan hər şeyin asılı olmadığını çatdırıblar. “Qarabağ ermənilərinin “rəhbəri” deyib ki, Ermənistanın onlara bir neçə məsələhəti olub. Onlardan biri də, Qarabağ ermənilərinin israrla Azərbaycanın tərkibində olmaq istəməməsini demələridir. Həmçinin Harutyunyan bildirib ki, Qarabağ erməniləri Ermənistan-Azərbaycan danışıqları prosesindən kənara çəkildiklərini bəyan edirlər. Həmçinin iki ölkə arasında sülh sazişinin bağlanmasına razıdır. Paralel olaraq isə Qarabağ erməniləri Azərbaycanla danışıqlara başlamağa hazır olduqlarını da deyiblər”.

İrəvandan gələn ikinci mesaj barəsində qəzet yazır ki, bu, Qarabağaın öz problemini təkbaşına həll etməsi ilə bağlıdır. “Paşinyanın fikrincə, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, sonuncu Qarabağdan əlini üzüb. Tezliklə Qarabağ olmayacaq. Xüsusən də sülhməramlıların müddəti başa çatır və onların mandatının uzadılması imkansız kimi görünür. Ermənistanın baş naziri onu da deyib ki, Qarabağ ermənilərinin problemlərini yalnız Bakı ilə birbaşa əlaqələr vasitəsilə həll etmək mümkündür. Bu kontekstdə Araik Arutyunyan da yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırdığını və bundan sonra vəziyyətin daha da aydınlaşacağını bildirib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button