Cəmiyyət

Meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət uzadıldı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi ilə bağlı fövqəladə vəziyyətin müddətini uzadıb.

Jamaz.info xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus mpox (meymun çiçəyinin yeni adı) xəstəliyinin yayılmasının beynəlxalq narahatlıq doğurduğunu söyləyib.

“Komitə meymunçiçəyinin qlobal sağlamlıq fövqəladə halı olaraq qaldığı qənaətinə gəldi və mən bu tövsiyə ilə razılaşdım”, – Qebreyesus Cenevrədəki brifinqdə bildirib.

ÜST rəhbəri bildirib ki, 2022-ci ilin əvvəlindən dünyada 85 mindən çox meymunçiçəyinə yoluxma və 92 ölüm faktı qeydə alınıb. Son bir ay ərzində 30-dan çox ölkə yoluxma ilə bağlı məlumat verib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button