Dünya

Zəlzələdə həyatını itirənlərin sayı 36 mini keçdi

Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin sayı 36 187 nəfərə yüksəlib.

Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Təbii fəlakət zamanı 108 068 nəfərin isə yaralandığı qeyd olunub.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button