Sosial

Xətaidə uşaq evində acınacaqlı durum

Sosial şəbəkələrdə 3 saylı Uşaq İnternat Evinin acınacaqlı vəziyyətini əks etdirən görüntülər yayımlanıb.
Qaynarinfo xəbər verir ki, görüntülərdə uşaqların ərzaqla və yataq dəstləri ilə təminatı ilə bağlı ciddi qüsurların olduğu görünür. Uşaqların yataq dəstləri çirkab içindədir.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 3 saylı Uşaq İnternat Evi Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyindədir, bu barədə suala onlar cavab verə bilər.
Əldə etdiyimiz məlumata görə, artıq Bakı Şəhər İcra Hakimiyyətininin başçısı Eldar Əzizov məsələ ilə tabeçi quruma ciddi tapşırıq verib.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Qaynarinfo-ya bildirilib ki, hazırda qurumun rəisi Eldar Yunusov sözügedən görüntülərlə bağlı iclas keçirir.
Xətai rayon İcra Hakimiyətindən isə bildirilib ki, bu uşaq evinə kuratorluğu BŞİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov edir. Pənah İmanov isə telefonlarımıza cavab verməyib.
Qeyd edək ki, 04.10.2016-ci il tarixində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Xətai rayonundakı 3 nömrəli Uşaq İnternat Evində əsaslı təmir və bərpadan sonra istifadəyə verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button