Ölkə içi

Separatçılar müharibədəki məğlubiyyətlərini iqtisadi məsələnin üzərinə atırlar

“Bu müharibəni gözləyirdikmi? Müharibənin qarşısını almaq mümkün idimi? Biz bu fəlakətlə üzləşməmək üçün hər şeyi etdikmi?” JAMAZ.İNFO xəbər verir ki, bu sözlər Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyana məxsusdur.

O deyib ki, hələ 2006-cı ildə Artur Tovmasyanla qondarma “Azad Vətən” adlı partiya yaradıblar. Həmin vaxt dəyirmi masa təşkil edib, Qarabağ məsələsində neft faktorunun rolunu müzakirə etmişdilər. “Həmin vaxt dəfələrlə bəyan elədim ki, 2014-2015-ci illərdə müharibə başlaya bilər. Əgər inkişaf eyni templə davam eləsə, nəinki Qarabağı, hətta Ermənistanı da itirəcəyik”.

Harutyunyan açıqlamasında bildirib ki, məğlubiyyətdən yayınmaq üçün yeganə yol Ermənistan iqtisadiyyatının illik artımının 8 faiz olması lazım idi. “Çünki Azərbaycan 2007-2008-ci illərdə artıq Bakı-Tbilisi-Ceyhan neft kəmərini istismara vermişdi. Bu, gündə 1,2 milyon barel neftin nəqli demək idi. Həmin vaxt qiymət 70-80 dollar idi ki, bu da hər il ən az 30 milyard dollar pul demək idi. Təbii ki, Azərbaycan məsələni hərbi yolla həll etmək fürsətini qaçırmadı”.

Separatçıların rəhbəri döyüş meydanındakı məğlubiyyətlərini iqtisadi məsələlərin üzərinə atmaqla, vəziyyətdən çıxmağa çalışıb. Üstəlik, bunu çox acınacaqlı şəkildə dilə gətirib. Halbuki Ermənistan iqtisadiyyatı illik 50 faiz də böyüsəydi, bu onların Azərbaycanla mübarizə və müharibə aparmasına imkan verməyəcəkdi. Harutyunyan iddia edib ki, iqtisadi artım və kifayət qədər silah ehtiyatları olsaydı, mübarizə apara bilərdilər. “Neft bumnu Azərbaycanda davam etdi, Ermənistanda isə 2008 -ci ildə iqtisadi geriləmə 14%-ə çatdı. Daha sonra artım ən yaxşı halda 4-5% təşkil elədi”.

Maraqlıdır ki, toplam 300-ə yaxın tank, bir o qədər zirehli texnika, havadan müdafiə sistemləri və sairlə təhciz olunmuş Qarabağdakı separatçılar, üstəlik, Ermənistanda da hərbi dəstək almalarına rəğmən, müharibədə uduzmaqlarını iqtisadi məsələlərin üzərinə atırlar. Daha nə qədər silahları olmalıydı ki, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilsinlər? Bu müharibə təkcə texnikaların deyil, həm də hərbi taktikaların müharibəsiydi. Ki, Azərbaycan zabitləri bird aha sübut elədilər ki, Ordumuz taktiki baxımdan ermənilərdən qat-qat üstün idlər.

Separatçıbaşı hesab edir ki, 2016-cı il müharibəsi onlar üçün xəbərdarlıq idi. Amma onu da iddia edir ki, 44 günlük müharibə Ermənistan-Azərbaycan arasında olsaydı, nəticələr guya, onların xeyrinə olacaqmış. “Bu illər ərzində bütün dünya gözləyirdi, hamı bu nəticələri gözləyirdi. Çünki 2015 -ci ildən sonra təzyiq göstərərək Qarabağ problemini məlum variantla həll etməyə çalışdılar. Yəni əvvəlcə 5 rayon, daha sonra 2 rayonu verməklə. Biz bu məsələdə fikir ayrılığı yaşayırdıq. Çünki 1996-1997-ci illərdə hamımız güzəşt baxımından sərt olmuşuq. 1994-1996-cı illərdə biz daha əlverişli həllərə nail ola bilərdik. Amma reallıq bu gün budur”.

Arayik ya özünü gicliyə vurub, ya da özünü ələ salır. Niyə? İstər I-ci, istərsə də II Qarabağ müharibələri heç vaxt Qarabağdakı separatçılarla olmayıb. Hər iki müharibə Azərbaycanla Ermənistan arasında olub və bunu inkar etmək dəliliyin əlamətidir. Əgər Azərbaycan Ermənistanla müharibə etmirdisəı, o zaman 44 günlük müharibədə ölən 4000-dən çox erməni hansı ölkənin nümayəndələri idi? Bu gün Yerablur qəbristanlığında basdırılmış erməni əsgərləri Aydan gəlmişdilər?

Harutyunyan özündə cəsarət tapıb etiraf edə bilmir ki, onlar heç bir vaxt Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyib və bundan sonra da dura bilməyəcəklər. Çünki nə resursları, nə cəsarətləri, nə də gücləri buna çatmaz. Onun bu hərəkəti məğlubiyyətlərini başqa nəsnələrin üzərinə atmaq və özünü təmizə çıxarmaq cəhdindən başqa bir şey deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button