Sosial
“Qərar çıxana qədər açıq havada maska taxmaq qadağası qüvvədədir”
Azərbaycanda yaxın zamanlarda açıq havada maskadan istifadənin ləğv olunacağı gözlənilir. Bununla bağlı ötən gün TƏBİB-in Departament müdiri Yaqut Qarayeva danışıb. O əlavə edib ki, bununla bağlı qaydalar hazırlanır və yaxın günlərdə elan olunacaq.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə göndərilən sorğuya mətbuat xidmətindən bildirilib ki, bununla bağlı Nazirlər Kabinetinin rəsmi qərarı olmalıdır: “Müvafiq qərar çıxana qədər açıq havada maska ilə bağlı qadağa qüvvədədir. Buna görə heç bir vətəndaş maskadan imtina hallarına yol verməməlidir. Açıq havada və qapalı məkanlarda maskadan istifadə olunmalıdır ki, bu da vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır”.