GündəmManşet

Qarabağda Arayikə qarşı üsyan

Qondarma “DQR”in elə qondarma “Milli Məclisi”ndə təmsil olunan 3 “partiya” (Ədalət, Daşnaksütun və Demokrat) Arayik Arutyana qarşı birləşərək, onun istefa verməsini tələb ediblər. JAMAZ.İNFO xəbər verir ki, həmin “partiyalar” Arayiklə hələ noyabrın 10-da razılaşma əldə etdiklərini, lakin bu gün onun həmin razılaşmaya uymadığını bəyan ediblər.

Onlar imzaladıqları birgə bəyanatda deyiblər ki, 2020-ci ildə Qarabağ üçün çox ağır olub. Belə ki, 44 günlük müharibədən sonra “DQR” dəhşətli vəziyyətə düşüb, “ərazilərini” itirib, minlərlə adamı ölüb, minlərlə yaralısı var. Bundan başqa, yüzlərlə itkin düşən və əsir götürülən Qarabağ ermənisinin də taleyindən heç bir xəbər yoxdur. “Arayik Arutyunyan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə yanaşı, vəzifələri də mənimsəməyə başlayıb. Getdikcə Ermənistandakı hakimiyyətə bənzəyən Arutyunyan Qarabağı vəziyyətdən çıxarmaq fikrində deyil, o öz maraqlarını güdür və vəzifələri mənimsəməklə hakimiyyətinin ömrünü uzatmağa çalışır. Ona görə də, biz onun istefa verməsini və çıxıb getməsini tələb edirik. Əks təqdirdə, bunun reallaşması üçün bütün addımları atmağa başlayacağıq”.

Qeyd edək ki, Azərbaycanın ərazisi olan Qarabağda müvəqqəti məskunlaşmış terrorçular öz aralarında çoxdan bəridir anlaşa bilmirlər. Xüsusən özünü “Təhlükəsizlik Şurası”nın “katibi” kimi təqdim edən Vitali Balasanyan uzun müddətdir Qarabağdakı “hakimiyyəti” ələ keçirməyə başlayır. Qarabağda qeyri-qanuni fəaliyyət göstərən “partiyalar”ın da ona qahmar çıxması və dəstək vermələri, Balasanyanın daha müstəqil şəkildə hərəkət etməsinə imkanlar açıb. Bundan başqa, Balasanyana Rusiyanın da dəstək verdiyinə dair iddialar var.

Baş verən məlum hadisə və Arayikin istefasının tələb olunması da bu prosesin detallarından biri ola bilər. Çünki daşnaklar Balasanyanı dəstəkləyən əsas qüvvələrdən biri hesab olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button