Sosial

Növbəti ilin sosial xərcləri açıqlandı – 14 milyard manat

Azərbaycanın 2022-ci il dövlət büdcəsinin sosialyönümlü hissəsi 46.4 faizə çatdırılır. Bu da 13 milyard 851 milyon manat təşkil edir. Qaynarinfo-nun məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, sosialyönümlü hissədə əməyin ödənişi xərclərinin xüsusi çəkisi artaraq 60 faiz təşkil edir. “Bu istiqamətdə 8 milyard 97 milyon manat vəsait ayrılır ki, bu da cari illə müqayisədə 22.7 faiz çoxdur. Son 5 ildə əməyin ödənişi fondu 1.8 dəfə və yaxud 3 milyard 685 milyon manat artıb,” – deyə nazir bildirib

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button