Siyasət

Erməni deputat: “Qazaxın 7 kəndi qaytarılır və orada da gömrük qoyulacaq” – FOTOLAR

Ermənistan parlamentinin deputatı Anna Kostanyan bu gün özünün Facebook hesabında Qazaxın hazırda ermənilər tərəfindən işğal olunmuş kəndləri barədə xəritə yayıb. JAMAZ.İNFO xəbər verir ki, erməni deputat həmin kəndlərin də yaxın zamanlarda Azərbaycana veriləcəyini bildirib.

O qeyd edib ki, hazırda Ermənistan hökumətinin təbliğat maşını əsasən Sünik məsələsi üzərində köklənib. Belə ki, hökumət Qafan-Gorus yolunda Azərbaycanın gömrük-keçid məntəqəsi quraşdırmasının problem olmadığını qeyd edir. Kostanyan yazır: “Hər vəchlə çalışırlar ki, Qafan-Gorus yolunun Azərbaycana verildiyi fikrini qəbul etməsinlər. Bütün ideoloji güclərini bu işə sərf edirlər. Əslində isə Ermənistan hökuməti başqa ölkənin əırazisinə girməyib. Lakin bu gün Azərbaycana xərac verməklə məşğuldur”.

Erməni deputat iddia edib ki, yaxın zamanlarda Qazaxın 7 kəndinin də Azərbaycana veriləcəyi artıq gizli deyil. Onun sözlərinə görə, Azərbaycan həmin kəndləri geri aldıqdan sonra orada da gömrük postları quraşdıracq. “Bu şəkildə hara kimi gedəcəksən? Sizin məntiqinizlə Tavuşun 7 kəndi də Azərbaycana verilməlidir. Və veriləcək. Orada da Azərbaycan gömrük qoyacaq. O zaman nə edəcəksiz? Rahatlayacaqsız?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button