Sosial

“Azparking”in qiyməti bahadır – Deputatdan ETİRAZ

Tıxac və parkinqlərlə bağlı “Azparking” bu yaxınlarda yaxşı təkliflər irəli sürdü. Ancaq bu xidmət təəssüflər olsun ki, vətəndaşları hələ də qane etmir”. Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib. 
O qeyd edib ki, bundan əvvəl vətəndaş parkinq edəndə 1,2 manat ödəyirdisə, indi bu rəqəm 5-10 manat arasında dəyişir. “Düşünürəm ki, daha çox parkinq edənlərlə bağlı bəzi güzəştlər olmalıdır. Digər tərəfdən parkinqlərə pul vermək istəməyən vətəndaşlar maşınlarını yaşayış yerlərinin həyətində maşınlarını saxlayırlar. Bu da sakinlərin narazlığına səbəb olur, eyni zamanda maşınların əlindən hərəkət eləməyə yer olmur. Ona görə də vətəndaşlara parkinq sahəsində güzəştlər edilməlidir. Digər diqqət çəkəcəyimiz məqam taksilərlə bağlıdır. Belə ki, taksi şirkətləri ilə bağlı şikayətlər var. Ona görə də təkilif edirəm ki, bunula bağlı Milli Məclisdrə dinləmə keçirilməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button