Siyasət
Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol təsdiqləndi
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol təsdiqlənib.
Jamaz.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Qanuna əsasən, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Protokol təsdiqlənib.