
Siyasət
3 rayona yeni rəhbər təyin olundu- Masallının icra başçısı işdən çıxarıldı
Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə bu gün Masallı rayonuna icra başçısı təyin edilib. Həmin sənədə əsasən Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Digər sərəncamla Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.