Ölkə içi

Vilyam Hacıyevə hökm oxundu: 12 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin məhkəmə prosesi keçirilib. Modern.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyev son söz deyib.
Təqsirləndirilən şəxs bildirib ki, uzun müddət dövlət və dövlətçiliyə xidmət edib. 90-cı illərdə Azərbaycan torpaqlarına erməni təcavüzü nəticəsində Naxçıvan və Qarabağa yardımlar edib:
“1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Ümummilli lider Heydər Əliyev tərəfindən dəfələrlə buna görə təşəkkür alımışam, təltif olunmuşam. Regionların sosial-iqtisadi inkişafı proqramlarında yaxından iştirak etmişəm, İmişli rayonunun inkişafında xidmətlərim olub.İttiham tərəfi ittihamları əsaslandırmadı. Qanun hamı üçün eynidir.Səhhətimlə bağlı problemlər var, bunu xəstəxana sənədləri də təstiq edir. Saxlanılandan sonra mən 4 ay müxtəlif xəstəxana və müalicə müəssisələrində müalicə almışam.20 yanvar küçəsində orta məktəbin təmirinə 3 milyon, uşaq bağçasına 2 milyon, şahmat məktəbinə1 milyon, bayraq meydanına 500 min manat, Cümə məscidinin 300 min, Asan parkın salınmasına 290 min manat, aztəminatlıq ailələrin binasının təmiri üçün 200 min manat, tarix diyarşünaslıq muzeyinin tikintisi 200 min manat, Heydər Əliyev mərkəzinin avadanlıqla təmin olunmasına500 min manat və sair. Ümumilikdə 10 milyon manat pul xərcləmişəm. Bu məbləğdən 1 manat da dövlət büdcəsindən vəsait ayrılmayıb. Hamısını daxili imkanlar hesabına etdirmişəm. Prezident tərəfindən “Vətənə xidmətə görə” medalla təltif olunmuşam. Ukrayna prezidenti tərəfindən “Vətən müdafiəçisi” medalı ilə təltif edilmişəm.
Mən ölkə prezidenti İlham Əliyevin əsgəriyəm, bu gün də əsgərəm. Həmişə Prezidentinin və dövlətimin yanındayam. Ona görə də xahiş edirəm mənim dövlətə xidmətlərini nəzərə alasınız və ədalətli qərar verəsiniz.
Hakimlər müşavirəyə yollanıb.
Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V. Hacıyev 3 il dövlət orqanlarında vəzifə tutmaq qadağan edilməklə 12 il azadlıqdan məhrum edilsin
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button