Siyasət
Ermənistan XİN-dən Brüssel görüşü ilə bağlı açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 14-ü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə iştirakı təsdiqlənib.
Jamaz.info xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan açıqlama verib.
O, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşəcəyini bildirib.
Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq.