
Ölkə içi
Zamin Salayev saxlanıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev saxlanılıb.
Jamaz.info “Qafqazinfo”a istinadən xəbər verir ki, o, bıçaqla bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinir. Hadisənin Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verdiyi bildirilir.
Z.Salayev polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.
Qeyd edək ki, Əlizamin Salayev daha əvvəl də həbs həyatı yaşayıb. O, 2020-ci ildə Salyanda polis zabiti tərəfindən böhtan və təhqirdə ittiham olunub. İddiaya Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Salayev 2 il 3 ay müddətə həbs cəzası alıb.