
Ölkə içi
Tofiq Yaqubli aclıq aksiyasına başladı
Tofiq Yaqublu İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ona ailəsi ilə görüş verilməməsinə, sovqatların qəbul olunmamasına və məhkəmə qərarına etiraz olaraq aclıq elan edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə onun qızı Nigar Yaqublu Facebook hesabında məlumat yayıb.
O deyib ki, atası bu aclığı çətin keçirəcək: “Tofiq Yaqublu verdiyi qərarlarda çox prinsipial olduğunu dəfələrlə sübut edib. Eyni zamanda onun öd kisəsi əməliyyat zamanı götürülüb. İndiki aclıq artıq əvvəlkilər kimi olmayacaq. Səhhətində gün keçdikcə geridönməz hallar baş verəcək”.
Nigar Yaqublu bildirib ki, Tofiq Yaqublunun başına gələcək hər şeyə görə hakimiyyət məsuliyyət daşıyır.