GündəmManşet

SEPAH generalı Azərbaycanı hədələdi: “Səddam Hüseynin aqibəti ilə üzləşəcəksiz”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü, general Əlirza Tanhayi İraqın keçmiş prezidenti Səddam Hüseynin etdiyi səhvləri təkrarlamamaq üçün Azərbaycana xəbərdarlıq edib. JAMAZ.İNFO xəbər verir ki, o, bu sözləri Qasim Süleymaninin ölüm ildönümündə etdiyi çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynadakı vəziyyətdən dərs almalıdır: “Amerikalılar və avropalılar Ukrayna xalqına nə edib? Səddamın səhvini təkrarlamamaq daha yaxşıdır. Səddam İrana onlarla separatçı, üsyançı və terrorçu qruplar fəaliyyət göstərərkən hücum etdi və Səddam düşünürdü ki, əgər o, Xuzistana hücum edərsə, həmin bölgədə yaşayan ərəblər onu müdafiə edəcək. İran ərazisini işğal etmək istəyən hər bir ölkə hesablamalarında yanılmasın və düşünməsinlər ki,İran xalqı onların tərəfini tutacaq. Çünki bizim İran müxtəlif inanclara malik müxtəlif etnik qruplardan ibarət vahid ölkədir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button