Ölkə içi

Saleh Rüstəmlinin müdafiəsi ilə bağlı aksiya təyin olundu

Xəbər verildiyi kimi, Gədəbəyin keçmiş icra başçısı, Qarabağ qazisi Saleh Rüstəmli 24 gündür Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirir. JAMAZ.İNFO xəbər verir ki, o, siyasi sifariş olaraq həbs edildiyini və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.

Qeyd edək ki, Saleh Rüstəmlinin vəkili onunla görüşdüyünü bildirib. O, Qarabağ qazisinin vəziyyətinin ağır olduğunu vurğulayıb. “Həkimləri bildirdilər ki, əgər belə davam edərsə, Saleh Rüstəmli ölə bilər”.

Bu gün isə keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin təşkilatçılığı ilə 1 dekabr saat 15:00-a Fəvvarələr Meydanında aksiya təyin edilib. Təşkilatçılar bildiriblər ki, Saleh Rüstəmlinin həbsxanada ölməsinə imkan vermək niyyətində deyillər. “Ona görə də, Azərbaycanın vicdanlı insanlarını Saleh bəyin həbsinə etiraz etmək üçün 1 dekabr, saat 15.00-da Fəvvarələr Meydanında dinc etiraz aksiyasına dəvət edirik!”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button