ManşetSiyasət

Ərdoğan: “Soçidə Naxçıvana dəmir və avtomobil yollarının Arazboyu çəkilməsi razılaşdırılıb”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən dönərkən, təyyarədə jurnalistlərə açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, Türkiyənin dövlət başçısı bir neçə gün öncə Soçidə keçirilmiş üçtərəfli görüşlə bağlı maraqlı açıqlama verib.

Ərdoğan, son toplantıda Türk Şurasının adını dəyişərək Türk Dövlətləri Təşkilatına çevirdiklərini deyib. “Bütün liderlər bu yeni formalaşmaya çox isti baxırdılar. Lakin təbii ki, bundan narahat olanlar da yox idi. Mən deyə bilmərəm ki, Rusiya bundan narahat idi. Çünki cümə günü qardaşımız İlham Əliyevin Rusiyada görüşü olub”.

Türkiyə prezidenti qeyd edib ki, İlham Əliyev Paşinyanla orada Putinin sədrliyi ilə görüş keçirib. “Bu görüşlə bağlı İlham Əliyev qardaşım dedi ki, bu görüş çox yaxşı və məhsuldar keçdi. Bu görüşdə Araz çayı boyunca dəmir yolu və avtomobil yollarının çəkilməsi məsələsi də öz həllini tapdı. Atılacaq bu addımla Iğdıra qədər uzanacaq magistral yol məsələsi də var. Azərbaycanın Naxçıvan problemini magistral yolu ilə aradan qaldıraraq, digər tərəfdən Ermənistan ərazisindən keçməklə İğdıra qədər yeni avtobanın çəkilməsi çox uğurlu addım olacaq. Bundan başqa, istər avtomobil, istərsə də dəmir yolu ilə sərnişin və yük daşımalarında mühüm addımlar atılacaq. Rahatlıqla bu prosesi həyata keçirə biləcəyik”.

Dövlət başçısı vurğulayıb ki, 3+3 formatına  Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və Gürcüstan qəbul edəcəksə, regional sülhə nail olmaq mümkün olacaq. “Artıq bu istiqamətdə müsbət irəliləyişlərin olduğunu da deyə bilərəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button