Ölkə içi

Şəfayət Avılbəyli: “Bu gün hamımızı düşündürən mövqe var: Niyə ermənilər mütləq Azərbaycanda yaşamalıdır”

Bu gün hamımızı düşündürən mövqe var: Niyə ermənilər mütləq Azərbaycanda yaşamalıdır, amma biz tarixən indiki Ermənistandan ərazisindəki dədə-baba torpaqlarımıza, əsrlərlə yaratdığımız, tikdiyimiz evlərdə yaşamaq hüququmuzdan məhrum olmalı, sürgün olunmağımız kənar qüvvələr tərəfindən legitimləşdirilməlidir!?

Bu hansı kitabda yazılıb, hansı beynəlxalq hüquq norması ilə tənzimlənib, hansı əxlaq normasına uyğundu, hansı beynəlmiləl, əsas insan azadlıqlarından qaynaqlanır!?

Birmənalı olaraq, hələ də regional güc mərkəzlərinin 100 illiklər əvvəl yaratdıqları və bu gün də regionda maraqlarının təmin olunması üçün istifadə etdiyi bəladan, erməni rıçağından qurtulmağın vaxtıdır. Heç bir millətin ənənəsində başqasının torpağında qanunsuz yaşayıb, sonra isə yandırıb, məhv edib tərk etməsi halı yoxdur.

Tarixə nəzər salsaq qədim barbar tayfalarını misal gətirə bilərik. Amma özünü yüksək mədəni dəyərləri olan millət kimi təqdim edən ermənilərdən qədim dövrdə yox, hal-hazırda bunu görmək, onu göstərir ki, insanlar nə qədər ermənilər haqqında yaradılmış təsəvvürdə yanılıblar. O qədər yanılıblar ki, bu vəhşiliyə haqq qazandırmağa dilləri belə yoxdur. İşğaldan azad olunan ərazilərimizdə etdikləri vəhşilikləri bu gün Zabuxda, Laçında və digər ərazilərimizdə edirlər.

Bu vəhşilərin nazı ilə çoxmu oynamalıyıq.1812-Cİ İLDƏN ÜZÜ BƏRİ,1905,1918,1948,1988 və ardınca 7 rayonumuzun işğalı,1 milyondan çox qaçqın, əsir, girov, Xocalı soyqrımı, minlərlə şəhidlərimiz..

Bu faciəli tarixlər yetmədimi?!Məncə yetər! İrəvanda(Ermənistanda),qədim türk torpaqlarında bir dənə belə Azərbaycanlı yaşamır, zorla deportasiya olunublar.Bu köçrülmələrin hansı facilərə səbəb olduğunu sadalamaqla bitmir. Halbuki Göyçə,Zəngəzur,Qaraqoyunlu mahalında 1988-ci ilə qədər bir erməni belə yaşamayıb.

Sadəcə görüntü üçün bir neçə kənd ermənilərdən ibarət olub.Necə olur ki,”Ermənistan”da azərbaycanlı yaşaya bilməz,amma Laçında,Qarabağda yaşaya bilər.

Bu necə ədalətdir? ƏGƏR QARABAĞDA ERMƏNİLƏR YAŞAYACAQSA,O ZAMAN GÖYÇƏ MAHALI VƏ DİGƏR QƏDİM YURD YERLƏRİMİZƏ QAYIDIŞ ÖZ QÜVVƏSİNDƏ OLMALIDIR.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button