GündəmManşet

Laçındakı ermənilər köçür: 6 ailə Qarabağ və Ermənistana daşınıb

“İnsanlar əşyalarını yığırlar. Artıq bir hissəni götürüblər, o biri hissəsini götürməyə qayıdıblar”. JAMAZ.İNFO xəbər verir ki, bunu Laçının qondarma “meri” Narek Aleksanyan deyib.

Aleksanyan bildirib ki, ermənilərin evlərin yandırması halları var. “Hələ ki, Laçında heç kim evini yandırmayıb. Lakin bu istək hər an baş qaldıra bilər”.

Onun dediyinə görə, bu günə qədər Laçından daşınan ermənilərin sayı 12 nəfərdir. “Təxminən 6 ailə şəhəri tərk edib. Onlardan 2-si Qarabağda, qalanları isə Ermənistana gediblər”.

Qondarma “mer” onu da deyib ki, hal hazırda Laçında 60 ailə qalıb.

Qeyd edək ki, Azərbaycan tərəfinin tələbi ilə Laçın şəhərində qanunsuz məskunlaşmış ermənilərin çıxması üçün avqustun 25-nə kimi vaxt verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button